Sizin link burada

Bu çimərliklərdə mikrobioloji çirklənmə var

“Mövsümlə əlaqədar olaraq bu il də Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilib”. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

 

Məlumatda bildirilib ki, çimərlik ərazilərinin müxtəlif sahələrindən su nümunələri götürülərək onlar üzərində laborator müayinələr aparılıb: “Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib”.

 

Məlumatda qeyd olunub ki, çimərlik ərazilərində keçirilən birgə monitorinqlərə əsasən Sumqayıt, Sahil və Şıx çimərliklərinin mikrobioloji baxımdan çirkli olması müəyyən olunub.

LENT

23 İyul 2018
22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>