Sizin link burada

"“Axtarma ardı” vulkanı artıq sakitləşib" - Adil Əliyev

 

“Yanvarın 26-da fasilələrlə iki dəfə püskürən Hacıqabul rayonunun Kəlaməddin yamacındakı "Axtarma ardı" vulkanı artıq sakitləşib". 

 Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev məlumat verib.

 

“Axtarma ardı” vulkanında qeydə alınan püskürmənin 25 ildən sonra təkrarlandığını vurğulayan şöbə müdiri deyib ki, vulkan Hacıqabuldan 23 km şimal-qərbdə yerləşir və böyük vulkandır: “Vulkanın sonuncu püskürməsi 1990-cı ildə olmuşdu. O püskürmə çox güclü, şiddətli olub və 6 saat davam edib, alov sütununun hündürlüyü 500 metrə qalxıb. 1 həftə ərazində yanma müşahidə olunub. Yer səthinə 40 min kubmetr vulkan tullantıları çıxarılıb. Böyük bir sahədə çatlar əmələ gəlib.

Budəfəki püskürmə isə iki dəfə qeydə alınıb. Birincipüskürmə yanvarın 26-da səhər saat 07:36-da, ikinci püskürmə 07:49 radələrində baş verib. Hər iki püskürmə ayrılıqda 3 dəqiqə davam edib.  Görənlərin dediyinə görə, birinci püskürmə zamanı yaranan alov sütununun hündürlüyü 120-150 m olub. İkincidə isə alov sütununun hündürlüyü aşağı düşərək 30-40 metr təşkil edib". 

 

A. Əliyev bildiirb ki, püskürmənin səbəblərini hava şəraiti ilə əlaqədar hələlik müəyyən etmək mümkün olmayıb: " Həmin ərazidə uzun müddət qar, yağış yağdığı üçün monitorinqlər aparmaq, nümunələr götürmək imkansızdır. Buna görə də 2-3 gün gözləmək lazımdır ki, həmin ərazi qurusun və vulkandan nümunələr götürülsün”.

 

“Vulkana yaxın ərazilərdə zəlzələlər də olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, onların 6 stansiyasında vulkanın püskürməsi qeydə alınıb”, - deyə şöbə müdiri əlavə edib.

Vulkanın yenidən püskürmə ehtimalına toxunan A.Əliyev bildirib ki, vulkan püskürəndə enerjisini  itirir. Yenidən püskürmənin olması üçün enerji bərpa olunmalıdır. Vulkan yenidən püskürə bilər,  ya yox, bunu qəti demək olmaz”.

Ümumiyyətlə, Azərbaycanda yerləşən vulkanlarda aktivliyin az olduğunu diqqətə çatdıran şöbə müdiri deyib ki,  ötən ili də vulkanların fəaliyyəti zəif olub: “ Bu da seysmik aktivliklə əlaqəli ola bilər. 200-dən artıq  vulkanın 130-u Azərbaycan sektorundadır. Ümumiyyətlə, hər il 3-5 vulkan püskürməsi baş verir. Bəzən isə 8-10 püskürmə ola bilir. Hətta 2001-ci ildə 16 püskürmə qeydə alınıb. Ötən il isə vulkan fəaliyyəti zəif olub”.  

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>