Sizin link burada

Gömrük Komitəsi: "Səfər Mehdiyevin 4 milyard kreditə dair fikirləri yanlış anlaşılıb"

Dövlət Gömrük Komitəsi (DGK) bu gün qurum rəhbərliyinin keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin suallardan birinə verdiyi cavabla bağlı açıqlama yayıb.

 

Komitənin mətbuat xidmətindənAPA-ya daxil olan açıqlamada bildirilib ki, DGK rəhbərliyinin mətbuat konfransında Səfər Mehdiyev suallardan birini cavablandırarkən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılması ilə bağlı yalnız mətbuatda yayılan informasiyalardan söhbət açıb: “Bu fikir bir sıra kütləvi informasiya vasitələrində yanlış anlaşılıb”.

 

Qeyd edək ki, bəzi KİV bu gün S. Mehdiyevin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayıracağını təsdiqlədiyini yazıb. Komitə isə bildirib ki, S. Mehdiyev bu barədə informasiyanın mətbuatda yayıldığını qeyd edib.  

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>