Sizin link burada

Ölkəyə narkotik keçirmək istəyən iki nəfər saxlanıldı

 

Sankt-Peterburq-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində narkotik vasitələr aşkar edilib.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan şəxsi yoxlama zamanı İlqar Zalıyevın üzərində 1 ədəd bükümdə, təmiz çəkisi 39,783 qram olan kokain, 1 ədəd bükümdə isə təmiz çəkisi 5,488 qram olan metadon aşkar olunaraq götürülüb.

 

Xatırladaq ki, kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in1-ci siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsiməhdudlaşdırılan narkotik vasitələr”in2-ci siyahısına daxildir.

 

Bundan başqa, gömrük nəzarəti zamanı narkotik vasitələrin aşkara çıxarılmasıyla bağlı daha bir fakt Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb.

Burada İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rövşən Abbasovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 65,790 qram olan tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>