Sizin link burada

Tanınmış kinorejissorun oğlu itkin düşüb - AZƏRBAYCANDA

Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev 3 gündür itkin düşüb.

 

Lent.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə  rejissorun qızı Səadət Əliyeva məlumat verib.

Onun sözlərinə görə, qardaşı Rəşad Əliyev yanvarın 25-i səhər saat 8.35-də işə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb: "Qardaşımın işlədiyi yerdən verilən məlumata görə o, heç işdə də olmayıb. Qardaşımı tapan, yaxud yerini deyən şəxs mükafatlandırılacaq".

Rəşad Əliyev 1973-cü il dekabrın 13-ə anadan olub. Evdən çıxanda əynində qara dəri gödəkçə, başında tünd boz yun kepka, əynində boz boğazlı qalın köynək, tünd göy rəngdə göy cins şalvar, gözündə optik eynək olub. R.Əliyev orta çəkildir, boyu 175 sm-dir.

R.Əliyevi görənlər, yaxud onun yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

(050) 263-36-22

(077) 540-62-82.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>