Sizin link burada

SOCAR 20 milyonluq villa qalmaqalını araşdırır - RƏSMİ

"Nəticə barədə ictimaiyyət məlumatlandırılacaq"

 

SOCAR-da mövcud olan Korrupsiyaya qarşı mübarizə və şəffaflıq standartlarına uyğun olaraq, şirkətin Əsaslı investisiya qoyuluşu idarəsinin rəis müavini Qiymət Mehdiyev barəsində yayılan xəbərlərlə bağlı araşdırma aparılır.

 

Dövlət şirkətindən "APA-Economics"ə verilən məlumata görə, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

Xatırladaq ki, haqqın. az saytının yaydığı məlumata əsasən, Q. Mehdiyevin həyat yoldaşı Azərbaycan vətəndaşı, 1974-cü ildə anadan olmuş Mehdiyeva Könül Fərhad qızı 2014-cü il iyulun 4-də Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 12 min 621.71 kvadratmetr torpaq sahəsi alıb. K. Mehdiyeva bu əmlakı Alik Dunkan Morrison və Karen Meri Morrison adlı şəxslərdən əldə edib. K. Mehdiyeva bu əmlakı almaq üçün 20 milyon dollar ödəyib. Redaksiya K. Mehdiyevanın mülkləri almaq üçün qucaq dolusu milyonlarla dollar nağd pulu necə ödədiyinə dair videokadrlar və fotolara da malik olduğunu qeyd edib.

Yazıda eyni zamanda Q. Mehdiyevi şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovun himayə etdiyi vurğulanıb.

**

12:44

 

SOCAR-da şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə iclas keçirilir. Lent.az-ın məlumatına görə, vaxtaşırı keçirilən iclasda vitse-prezidentlər, idarə və şəbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edir. Dünən mediada barəsində şok məlumatlar yayılan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iclasa qatılanlar arasındadır.

 

Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb. Bildirilir ki, Q.Mehdiyev SOCAR-n vitse-prezidenti Mikayıl İsmayılovun ən etibarlı adamıdır. M. İsmayılov SOCAR sistemində bütün tikinti və maliyyə işlərini kurasiya edir və layihələri Qiymət Mehdiyevin əli ilə həyata keçirir.

LENT

23 May 2018

Digər xəbərlər >>>