Sizin link burada

Ruhəngiz Allahverdiyeva: “Bəzi müğənnilər mənim oxuduğum toya baxıb öyrəniblər” - MÜSAHİBƏ

“Yalnız burnum və göz ətrafım əməliyyatdır"

Əməkdar artist Ruhəngiz Allahverdiyevanın Lent.az-a müsahibə verib.

 

- Yaradıcılığınızda yenilik varmı?

- Yeniliklərim hələ bundan sonra olacaq. Yeni il təzə gəlib, indi-indi başlayıram nəsə edim.

 

- Nəsə bikefsiniz. Deyəsən dolların qalxması sizə də təsir edib?

- Təbii ki... Tək bizə yox, bütün dünyaya təsir edib. Mən Allaha inanıram, inanıram ki, sevimli bəndələrinə kömək olacaq.

 

- Dollarla kredit borclarınız varmı?

- Bir az oğlumun kredit borcu var idi, onu da ödəmişdi. Hövsələsiz insanam. Kredit götürməyi sevmirəm. Kredit götürsəydim, çox şeylərə nail olardım. Çalışıram ki, qazandığımla qane olum. Pulum yoxdursa, kredit götürmürəm. Belə şeylərdən qorxuram. Məsuliyyətli işləri sevmirəm.

 

- Yeni çıxan müğənnilərin illərin sənətçilərinə qarşı münasibəti sizi qane edirmi? 

- Ümumiyyətlə hər zaman bir sözüm var: “Kainatda Allaha, dövlətində prezidentinə, ailəndə valideyninə, məktəbində müəlliminə hörmət etmək hər zaman lazımdır”. Qarşındakına hörmət edən, hörmət görəcək. Öz nəzakətini, hörmətini qoruyan insanın hörməti hər zaman özünə qayıdır. Düzdür, xoş münasibəti, hörməti anlamayanları da olur. Şəxsən mən özümdən böyük sənətkarlara hər zaman hörmət etmişəm. Bunu hər zaman da edəcəm. Hətta məndən böyük mənə əl qaldırsa da, cavab qaytarmaram. Mənim düşüncə tərzim budur. Yəqin ki, mənim ədəbim, susmağım, mənə əl qaldıran insana pis təsir edər. Düşünər ki, nahaq yerə Ruhəngizə əl qaldırmışam.

 

- Bildiyim qədəri ilə bir çox tanınmış müğənnilər, əməkdar artistlər ilk dəfə sizin yanınızda toylara gedib.

- Bəli, bir çox tanınmış sənətçilər ilk dəfə mənim yanımda toya gedib. Hətta elələri olub ki, mən idarə etdiyim toyun kasetini alıb, baxıb öyrəniblər. Burada qəbahət nəsə yoxdur, məncə. Biz hamımız həyatda öyrənə-öyrənə yaşayırıq. İllər öncə dəstək olduğum sənətçilər hər zaman müsahibələrində adımı vurğulayırlar.

 

- Müğənni Nadir Qafarzadəyə də ilk dəfə siz dəstək olmusunuz.

- Bəli, bu həyatda yalnız yaxşı əməllər qalacaq. Nadir hər zaman mənim adımı çəkir və buna görə də ona minnətdaram. Belə bir söz var ki, bu dünyada villa, ev, maşın, şan-şöhrət qazandın, amma Allah dərgahında nə qazandın? Ona görə də yaxşı əməllərlə yadda qalmalıyıq. Səhvsiz insan yoxdur, hamımızın günahı var. Amma çalışmaq lazımdır ki, hər zaman yaxşı olaq.

 

- Artıq bir müddətdir ki, sosial şəbəkədə səhifə açmısınız.

- Bir müddətdir ki, istifadə edirəm. Amma bəzən orada tənqidlərə, təhqirlərə rast gəlirəm. Yaxınlarım deyir ki, “şərhlərə əhəmiyyət vermə, onsuz da hamıya pis rəylər yazırlar”. Amma əhəmiyyət verməməyi bacarmıram.

 

- Bir çoxları iddia edir ki, dəfələrlə əməliyyat etdirmisiniz. 

- Mən nə etmişəm, özüm bilərəm. Mənim sənətimdən danışsınlar, şəxsi həyatımdan yox. Mən heç kimin ailəsinə müdaxilə etmirəm. Bəziləri niyə mənim şəxsi həyatımı müzakirə edir? Sosial şəbəkədə bir çox müğənniləri izləyirəm, görürəm ki, onlara da çox ədəbsiz sözlər yazırlar. Amma niyə? Bu günə qədər dəniz geyimində şəklim yoxdur. Yalnız dekolte geyimlərdə olan şəkillərimi sosial şəbəkədə paylaşmışam. Hər zaman dekolte geyinmişəm, geyinəcəm də. Nə vaxta qədər mənim vücudum buna imkan verirsə, geyinəcəm. Öz qamətimə, yaşıma yaraşan geyimləri geyinirəm.  Mən eybəcərəm, gözələm, bu bəzilərini niyə narahat edir ki?

 

- Şou-biznesdə sizdən çox əməliyyat etdirən məşhurlarımız var. Amma niyə əməliyyat mövzusunda adı ən çox hallananlar siyahısında sizin adınız var?

- Göz ətrafımda əməliyyatım olub. Bunu danmıram. Yaxşı etmişəm. Hələ lazım olsa, başqa şey də etdirəcəm. Bu, mənim şəxsi işimdir. Bu mövzuda mənim adımın daha çox hallanmasına gəlincə isə, deməli mən varam, yaşayıram ki, barəmdə danışırlar. Onu da deyim ki, barəmdə təhqiredici şərhlər yazanlar haqda ciddi tədbir görüləcək. Mənə yazılan həmin şərhləri saxlamışam, lazımi orqana müraciət edəcəm.

 

- Təxminən neçə dəfə əməliyyat etdirmisiniz?

- Cəmi iki dəfə əməliyyat etdirmişəm. İlk əməliyyatım burnumda olub. Uşaq vaxtı yıxılmışdım, burnumda əyrilik qalmışdı, məcbur olub, 1985-ci ildə Tiflisdə burnumu kəsdirmişdim. Həmin vaxtda isə Azərbaycanda yalnız iki tanınmış xanım sənətçi burnunu əməliyyat etdirmişdi. İkinci əməliyyat isə gözümün üstü ilə altında olub. Bədənimin başqa yerlərində əməliyyatım olmayıb. Hamısı Allah verəndir.

 

- Şəxsi həyatınızdan danışardınız. Övladlarınızdan razısınızmı?

- Çalışıram ki, cəmiyyətə layiqli övlad böyüdəm. İndiki zəmanədə uşaqlar müasir, azad böyümək istəyirlər. Amma biz bunu uşaq vaxtı görməmişik. Anamın sərt baxışından, oxlovu əlinə götürməyindən qorxmuşuq. Çox nadir ailələr tapılar ki, uşaqlar valideyninin zəhmindən qorxur. Uşaqlar deyirlər ki, bizim hüququmuz var. Amma yaxşı deyiblər ki, biz qılınc müsəlmanıq. Gərək qılıncı göstərəsən. Övladlarımdan çox razıyam. Hər zaman Allahıma şükür edirəm. İki oğlum, bir qızım var. Oğlumun biri evlidir. Allahıma şükür edən zaman deyirəm ki, mənə 10  dənə Fidan qızım kimi qız, İlkin oğlum kimi oğul versin. Fərid oğlumdan bəzən narazı oluram. Amma yenə də baxıram ki, yaxşı övladdır. Səhvsiz insan yoxdur. 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>