Sizin link burada

Ərdoğan CHP sədrini məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin aparıcı siyasi partiyalarından olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub.

 

Məlumata əsasən, kürd silahlılarına qarşı hərbi əməliyyatların aparılmasını pisləyən bir qrup alimin həbsini şərh edən K. Kılıçdaroğlu Ərdoğanı diktator adlandırıb.

 

Qeyd edək ki, Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 4 ilədək həbs oluna bilər.

LENT

23 May 2018

Digər xəbərlər >>>