Sizin link burada

Bağdadda növbəti partlayış: 7 ölü, 15 yaralı

İraqın paytaxtı Bağdadda növbəti partlayış törədilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, şəhərətrafında minalanmış avtomobilin partlaması nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

Bununla belə, İŞİD terror qruplaşması yanvarın 11-də Bağdadda ticarət mərkəzində baş vermiş insidentə görə məsuliyyəti öz üzərinə götürüb. 

 

İlkin məlumata əsasən, əvvəl ticarət mərkəzinin qarşısında minalanmış avtomobil partladılıb. Sonra isə silahlılar içəri daxil olaraq ticarət mərkəzində olan 20- dən 50-dək insanları girov götürüblər. Hadisə nəticəsində azı 18 nəfərin öldüyü bildirilir.

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>