Sizin link burada

Meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşdi - FHN - YENİLƏNİB

Meyit Qasımov Mübariz Dilqəm oğluna məxsusdur

Bu gün meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib. Fövqəladə Hallar Nazirliyinindən Lent.az-a verilən məlumata görə, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.

 

 

***

 

Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Türkəmənistanda tapılan neftçinin meyitinin ölkəyə gətirilməsi üçün yola çıxıb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti aşkar edilib.

 

Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Roşan” gəmisinə məlumat ötürülübvə cəsəd gəminin göyərtəsinə qaldırılaraq hazırda Türkmənbaşı dəniz limanı istiqamətinə aparılır. Cəsədin üzərində olan xisusi qeyimdə “AZ SOCAR” yazısı müəyyən edilib.

 

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi üçün hazırlıq işlərinə başlanılıb.

 

****

 

İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb.

 

SOCAR-dan Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və ölkəyə gətirilməsi üçün tədbirlər görülür.

 

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir .

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>