Şamaxı sakini donaraq ölüb

Şamaxı rayon sakini gecə şaxtalı havada soyuqdan donaraq ölüb. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Elyayev Mixail Vladimiroviç ötən gecə qardaşı ilə spirtli içki qəbul edərək küçəyə çıxıb və qarlı-şaxtalı havada ayağı sürüşərək yıxılıb. Evə qayıda bilməyən Mixail Elyayev küçədə soyuqdan donaraq ölüb.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

LENT

26 Mart 2019
25 Mart 2019

Digər xəbərlər >>>