Sizin link burada

Sərnişin avtobuslarına QADAĞA: o yolla getməyin!

Bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi məlumat verib

 

 

Şamaxı-Ağsu istiqamətində sərnişin avtobuslarının hərəkəti dayandırılıb

 

“Güclü qar səbəbindən sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkətində heç bir problem yaşanmayıb”.

 

Bunu "APA-Economics"ə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.

 

“Yalnız hava şəraiti ilə əlaqədar Şamaxı-Ağsu yolu ilə hərəkət edən avtobus sürücülərinə tapşırmışıq ki, bu yoldan istifadə etməsinlər. Avtobuslar aşağı, Kürdəmir yolu ilə hərəkət edirlər. Qalan bütün yollarda avtobusların hərəkəti normaldır. Düzdür, qar çox yağsa da heç bir avtobus yolda qalmayıb”, - deyə M.Abdullayev bildirib.

 

M.Abdullayev ötən illərlə müqayisədə bu il sərnişinlərin az olduğunu da qeyd edib.

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017

Digər xəbərlər >>>