Sizin link burada

Rusiya baş nazirinin özünü güllələməsinə REAKSİYA: "İşdədir"

 

Rusiya baş nazirinin müavini Dmirti Roqozinin köməkçisi onun xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Nikita Anisimov bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

 

“Baş nazirin müavini hazırda işdədir və bu gün “Şərq” kosmodromu ilə bağlı iclas da keçirib. O həqiqətən bir neçə gün əvvəl həndbol oynayarkən yüngül zədə alıb və bir neçə gün xəstəxanada müalicə alıb. Lakin bunun bu gün yayılan xəbərlə heç bir bağlılığı yoxdur”.

 

***

 

14:36

 

Rusiya baş nazirinin müavini Dmitri Roqozin tir atışı zamanı təsadüfən öz ayağına atəş açıb.

 

APA-nın “Interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən mənbə bununla D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirib. Hadisə təlim atışı zamanı baş verib.

 

Bildirilir ki, məmur hazırda Moskva xəstəxanalarından birindədir və həyati təhlükəsi yoxdur.

 

Xatırladaq ki, Dmitri Roqozin dekabrın 20-də tirdə atışda iştirak etməsi barədə sosial şəbəkədə video da paylaşıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>