Sizin link burada

Klublarımız Avropa Liqasının qrup mərhələsində nə qədər qazanıb?

 

"Qəbələ" və "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdikləri oyunların nəticələrinə görə UEFA tərəfindən alacaqları pulun məbləği açıqlanıb.

 

Lent.az-ın korner.az-a istinadən məlumatına görə, iki təmsilçimiz birlikdə 720 min avro avro əldə edəcək.

 

Bu məbləğin 480 min avrosu "Qarabağ"ın payına düşür. "Köhlən atlar" qrup mərhələsi çərçivəsində "Anderlext" üzərində qazandığı qələbəyə görə 360 min, "Monako" ilə heç-heçəyə görə isə 120 min avro qazanıb. Aktivində 2 heç-heçəsi olan "Qəbələ"nin hesabına isə UEFA 240 min avro köçürəcək.

 

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>