Sizin link burada

Latviyada 4 min ev işıqsız qaldı

Latviyada 4 mindən çox ev güclü külək nəticəsində elektrik enerjisiz qalıb.

 

APA-nın RİA Novosti  agentlyinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb elektrik dirəklərinin aşması,  küləyin təsirindən aşan ağacların elektrik xətlərinin üstünə düşərək qırılması olub.

 

Ölkədə təbii fəlakətin vurduğu fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Qeyd olunur ki, dekabrın 4-də ölkə ərazisində küləyin surəti saniyədə 21 metrə çatıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>