Sizin link burada

Dekabrın 5-də SAT imtahanı keçiriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası( TQDK) dekabrın 5-də növbəti SAT imtahanını keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələr nəzərə alınmayaraq).

İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

İmtahanın nəticələri dekabr ayının 23-də imtahanda iştirak edənlərin “College Board”un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>