Sizin link burada

Putin: "İŞİD Suriyadan nefti Türkiyəyə daşıyır"

 "Suriyanın İŞİD-in nəzarətində olan ərazisindən neft məhsullarını daşıyan böyük maşın karvanı Türkiyəyə gedir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə,  bunu Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandla görüşünün yekunlarına dair Kremldə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

"Suriyadan Türkiyəyə daşınan neft məhsullarının bu ölkə ərazisində məhv edilməsi iddiasına gəlincə isə, mən Antalyada keçirilən G20 sammitində də bizim pilotların 5 min metr yüksəklikdən çəkdiyi görüntüləri təqdim etdim. Həmin görüntülərdə neftlə yüklənmiş avtomobillərin zəncirvarı düzülərək üfüqi şəkildə hərəkət etdikləri açıq-aydın görünür. Bütün bunlar canlı neft kəməri kimi görsənir. Burada söhbət işğal altında olan Suriya ərazisindən sənaye miqyasında neftin daşınmasından gedir. Digər ərazilərdən deyil, məhz bu ərazilərdən. Bu maşınlar hara getdiyi səmadan aydın  görünür. Onlar gecə-gündüz Türkiyəyə gedir", deyə Vladimir Putin qeyd edib.

 

Rusiya prezidenti Türkiyə rəhbərliyinin bütün bunlardan xəbərsiz olmasının inandırıcı olmadığını söyləyib: "Əgər xəbərləri yoxdursa belə, qoy indi xəbərləri olsun. İŞİD Suriyadan nefti Türkiyəyə daşıyır".

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>