Sizin link burada

Sumqayıt sakinini bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Çingiz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Hakim Ənvər Seyidov Çingiz İsmayılov barəsində olan heç yerə getməmək bağlı iltizamı ləğv edərək, onun barəsində həbs qətimkan tədbiri seçilib. O, hazırlıq iclasında məhkəmə zalında  həbs edilib.

 

Qeyd edək ki, Çingiz İsmayılov Sumqayıt şəhərində evinin yaxınlığında bir nəfəri bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126,1( qəsdən sağlamlığa ağır zərbə) maddəsi ilə ittiham olunub. İsmayılovun 3 azyaşlı övladı olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>