Sizin link burada

Milli Məclisin sədr müavinləri seçilib

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədri müavinlərinin seçkisi keçirilib.

 

APA-nın məlumatına görə,Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.

 

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

 

Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, adı çəkilən şəxslər bundan əvvəlki çağırışda da MM sədrinin müavinləri olublar.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>