Sizin link burada

Salyanda bıçaqlanma

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 20.00 radələrində Salyan şəhərində rayon sakini A.Hüseynov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Mehdiyev Şahin Heydər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Sonuncu qarın nahiyəsindən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Salyan rayon xəstəxanasına daxil olub. Hazırda yaralı cərrahiyə əməliyyatına götürülüb. Onun çoxlu qan itirdiyi qeyd edilir.

 

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.

LENT

25 May 2018

Digər xəbərlər >>>