Sizin link burada

Erməni hakerlər Azərbaycan İpoteka Fondunun saytına hücum edib

 

 

Azərbaycan İpoteka Fondunun rəsmi internet səhifəsinə haker hücumunun nəticələri aradan qaldırılıb.

 

“APA-Economics”in məlumatına görə, artıq saytın fəaliyyəti tam bərpa olunub.

 

Qeyd edək ki, bu gün fondun internet səhifəsinin fəaliyyət tarixində ilk dəfə olaraq sayta ciddi haker hücumu olub. Səhər saatlarında erməni terror təşkilatı "ASALA" tərəfindən dağıdılan http://www.amf.az saytına daxil olmaq mümkün olmayıb.

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>