Sizin link burada

Telekanallar Putinin iclasından məxfi məlumatlar yaydı

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov Rusiya televiziyasının bəzi telekanallarının efirində dövlət başçısının iclasından məxfi məlumatlar yayımlanmasını təsdiqləyib.

 

Lent.az-ın “ozu.az”-a istinadən məlumatına görə, bəzi Rusiya telekanallarının efirində ölkə başçısının iclasında hərbi sistemlərlə bağlı məxfi məlumatların müzakirəsi göstərilib.

 

“Həqiqətən, efirə buraxılan süjetdə məxfi məlumat olub. Ümid edirik ki, belə hal bir daha təkrarlanmayacaq” , - Peskov bildirib.

 

Onun sözlərinə görə, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlər görüləcək.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>