Sizin link burada

MTN-nin daha üç əməkdaşı həbs olunub

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) daha üç əməkdaşı həbs olunub.

 

Virtualaz.org saytına bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

 

Məlumata görə, həbs olunanlardan biri Mehman Abdullayevdir.

 

MTN əməkdaşlarının həbsi bu nazirlikdə aparılan kadr təmizləməsi çərçivəsində Baş Prokurorluq tərəfindən həyata keçirilib.

 

Məlumatda o da bildirilir ki, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

LENT

23 May 2018
22 May 2018

Digər xəbərlər >>>