Sizin link burada

Ombudsman: “Bizə heç bir şikayət olmadı”

“Ombudsman təsisatı olaraq seçkiləri müşahidə etməkdə maraqlı idik. Ombudsman təsisatının əməkdaşı ilə hələ səhər saat 7:30-da, hələ seçki məntəqələri açılmamış 29 saylı Səbail Seçki Dairəsində oldum,havanın soyuq olmasına baxmayaraq, seçki məntəqəsi açılmamışdı ancaq qarşısında cavan, qoca da daxil olmaqla, 14 nəfər gözləyirdi”.

 

APA-nın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova bildirib.

 

E. Süleymanova deyib ki, günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrinə baş çəkib, müşahidəçilərlə, seçicilərlə danışıblar: “Tam səmimi deyirəm ki, bizə heç bir şikayət olmadı”.

 

E. Süleymanova Azərbaycanın böyük şəhər və rayonlarında da ombudsman təsisatının 45 əməkdaşının müşahidə apardığını nəzərə çatdırıb: “Ona görə də deyə bilərəm ki, bizə seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb”.

 

E. Süleymanova da cəzaçəkmə müəssisələrində və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini də qeyd edib.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>