Sizin link burada

Astarada ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib

Bu gün Astara Mərkəzi Rayon Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası əməliyyatı keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə,  əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi həkim briqadası tərəfindən icra olunub. Rayonun Kijəbə qəsəbə sakini, 1988-ci il təvəllüdlü Vüsalə Elşad qızı Babayevaya canlı donor olan anası, 1966-cı il təvəllüdlü  Nazilə Əyyub qızı Babayevadan böyrək köçürülməsi uğurla həyata keçirilib. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyətlərinin yaxşı olduğu bildirilir.

 

Əməliyyat Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son bir aydır davam edən aksiya çərçivəsində keçirilib.

 

Bununla yanaşı, aksiya daxilində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara rayonu, ətraf qəsəbə və kəndlərdə 800-ə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib,  Astara Rayon Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.

 

Qeyd olunub ki, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən indiyədək Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərində də böyrək transplantasiyası əməliyyatları həyata keçirilib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>