Sizin link burada

Banka bomba qoyulduğunu deyən şəxsə hökm oxundu


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  yalan məlumat verməkdə təqsirləndirilən Vəliyev Hidayət İslam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hakimlər kollegiyasının hökmü ilə  H.Vəliyev hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib. Onu məcburi psixi xəstəxanada müalicə olunması qərarı verilib.
 

Qeyd edək ki, hadisə bu il baş verib. H. Vəliyev Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək "Azərbaycan Beynəlxalq Bankı"nın ofisinə bomba qoyulması barədə məlumat verib. Daha sonra onun verdiyi məlumatın yalnız olduğu aşkarlanıb. İbtidai istintaq zamanı H. Vəliyevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi müəyyənləşib.


H. Vəliyev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>