Sizin link burada

Fabio Kannavaro "Əl-Nəsr" klubunun baş məşqçisi oldu

Fabio Kannavaro məşqçilik fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə İtaliyanın corrieredellosport.it saytına xəbər yayıb. İtaliya millisinin eks-kapitanı Səudiyyə Ərəbistanının çempionu olan “Əl-Nəsr” futbol komandasına baş məşqçi keçib. O, bu postda uruqvaylı Horhe Da Silvanı əvəzləyib. 42 yaşlı mütəxəssislə hələlik mövsümün sonunadək 8 aylıq müqavilə imzalanıb. Bunun ardından daha bir illik müqavilənin şərtləri haqda razılıq da əldə olunub.

Xatırladaq ki, “Napoli”, “Parma”, “İnter”, “Yuventus” və “Real” Madrid kimi məşhur klubların müdafiəçisi olmuş Kannavaro bundan əvvəl məşqçi bacarığına Birləşmiş Ərəb Əmirliyinin “Əl-Əhli” və Çinin “Quançjou” klublarında təcrübə qazanıb.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>