Sizin link burada

Mehmanxanalara lisenziya verilməsi dayandırıldı

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Prezidentin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Fərmanı”nın icrasına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərə mehmanxana və turizm fəaliyyətlərinə xüsusi razılıq (lisenziya) verilməsi dayandırılıb.

Belə ki, fərmana əsasən, xüsusi razılıq (lisenziya) verilməsi xidməti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə təşkil ediləcək.

Fərman Azərbaycan Respublikası ərazisində sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi məqsədi daşıyır. 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>