Sizin link burada

Əməkdar artist Gülnar Salmanova vəfat etdi

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

Lent.az-ın AzNews.az-a istinadən məlumatına görə, bu barədə jurnalist İradə İsaq öz “Facebook” hesabında yazıb. O, aktrisanın bu dəqiqələrdə vəfat etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı. 

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onu da bildirək ki, aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə Oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib. Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.

Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.

2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

Allah rəhmət eləsin!

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>