Sizin link burada

Gəncədə 18 yaşlı oğlan bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxs,  1997-ci il təvəllüdlü Əliyev Şəhriyar döş nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Gəncin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>