Sizin link burada

Millət vəkili Fazil Mustafanın yubileyi qeyd edilib

Bu gün Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın 50 illik yubileyi münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin üzvləri, ədəbiyyat və incəsənət xadimləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimi orta məktəbdə Fazil Mustafanın ədəbiyyat müəllimi olmuş Şəmil Allahverdiyev açıq elan edib. Daha sonra millət vəkilləri Sabir RüstəmxanlıAqil Abbas, şair Ramiz Rövşən, professor Paşa Qəlbinur, akademik Rafiq Əliyev, ANS telekompaniyasının vitse-prezidenti Mir Şahin və başqaları çıxış edərək, yubilyar haqqında fikirlərini bölüşüb, təbriklərini çatdırıblar.

Sonda Fazil Mustafa ömür yoluna nəzər salıb, tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

Qeyd edək ki, tədbir çərçivəsində Fazil Mustafanın indiyədək nəşr olunmuş kitablarının sərgisi və yeni kitablarının təqdimat mərasimi də baş tutub.

 

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>