Sizin link burada

BMT qadınların müdafiəsi ilə bağlı qətnamə qəbul etdi

BMT Təhlükəsizlik Şurası  hərbi münaqişələr şəraitində qadınların müdafiəsi haqqında qətnamə qəbul edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 2240 saylı qətnamə 2000-ci ildə qəbul olunmuş 1325 saylı qətnamənin davamı olaraq “Qadınlar, sülh və təhlükəsizlik” proqramı çərçivəsində Böyük Britaniya və İspaniya tərəfindən hazırlanıb və yaxın 15 ilə hesablanıb.

 

“Münaqişələr zamanı çox vaxt qadın olmaq əsgər olmaqdan daha təhlükəlidir. 2240 saylı qətnamənin məqsədi onların müdafiəsinin daha gücləndirilməsidir”, deyə İspaniyanın baş naziri Mariano Raxoy BMT TŞ iclasında bildirib.  

 

“Cinslərin bərabərsizliyi - ədalətsizlik, tərəqqiyə maneə, sülh və təhlükəsizliyə təhlükədir”, deyə Raxoy qeyd edib.   

 

"Неравенство полов — это несправедливость, балласт для прогресса и угроза миру и безопасности", — заявил Рахой.

 

Qətnamə yekdilliklə qəbul olunub. 

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>