Sizin link burada

Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşıdır

Almaniya kansleri Anqela Merkel Türkiyənin Avropa İttifaqına üzv olmasının əleyhinədir.

 

APA-nın məlumatına görə, bu barədə A.Merkel ARD telekanalında çıxış edərkən deyib.

 

“Mən həmişə Türkiyənin Avropa İttifaqına bərabərhüquqlu üzv olmasının əleyhinə olmuşam və fikrimdə qalmaqda davam edirəm. Buna baxmayaraq, miqrasiya böhranının həlli üçün Türkiyə ilə dialoqu davam etdirmək gərəkdir. Təbii, ki biz bir-birimizə lazımıq”, deyə A.Merkel bildirib.

 

Qeyd edək ki, bundan əvvəl A.Merkel Strasburqda çıxış edərkən miqrasiya böhranının nizama salınmasında Türkiyənin mühüm rol oynadığını bildirib: “Türkiyə ərazisindəki 2 milyon qaçqın üçün əlindən gələni edir. Almaniya bu məsələdə Türkiyəyə hərtərəfli yardım göstərmək niyyətindədir”.  

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>