Davudoğlu: “Rusiya səhv edib”

Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib.

 

APA-nın “Milliyət”-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.

 

“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil. Milli təhlükəsizliyimizə hörmət göstərilməsini gözləyirik. Bizim hava məkanımızı kimsə poza bilməz”, deyə Ə.Davudoğlu bildirib.

 

O əlavə edib ki, Suriya problemi regional və qlobal bir problem çevrilib: “Hüquq pozuntuları davam edərsə, nə olacağını demək çox çətindir. Hər halda diplomatik təmaslarımız davam edir, biz müharibənin bir hissəsi olmaq istəmirik”.

LENT

24 Mart 2019
23 Mart 2019

Digər xəbərlər >>>