Sizin link burada

"Azərişıq"a vurulan zərərlə bağlı cinayət işi açılıb

"Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC-dən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı Goranboy Elektrik Şəbəkəsinin Veyisli yüksək gərginlikli yarımstansiyasının əməkdaşı Eldəniz Həsənovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon ərazisində 18 abonentdən müxtəlif məbləğlərdə pul alaraq onların elektrik sayğaclarındakı göstəriciləri təhrif etməklə “Azərişıq” ASC-nin qanuni mənafeyinə 25.900 manat məbləğində zərər vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>