Sizin link burada

Prezident İlham Əliyev İbrahim Məmmədovu AZTV-dən çıxardı: yeni təyinat - YENİLƏNİB

 

Bu gün Prezident İlham ƏIiyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilən İbrahim Məmmədova yeni vəzifə verilib.

 

Lent.az aznews.az-a istinadən məlumat verir ki, İ.Məmmədov “Region TV”də Sosial-Analitik Məsələlər üzrə sədr müavini postuna təyin edilib.

 

Faktı “Region TV”nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov təsdiqləyib. Bildirib ki, İ.Məmmədov peşəkar televiziyaçı olduğu üçün televiziya tərəfindən ona sözügedən vəzifə təklif edilib və İ.Məmmədov da təklifi qəbul edib.

**

16:59

Prezident İlham Əliyev AZTV-nin sədr müavini İbrahim Məmmədovu tutduğu vəzifədən azad edib. 

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, prezident bu barədə sərəncam imzalayıb. 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>