Sizin link burada

“Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova”

 

Sentyabrın 19-da “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsi çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində tədbir keçirib.

 

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihədə məqsəd Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyətini təbliğ etmək, Milli Qəhrəman Salatın Əsgərovanın ömür yolunu örnək göstərməklə Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Tədbirdə şagirdlərə prezident lham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti və Milli Qəhrəman Salatın Əsgərova haqqında geniş məlumat verilib.

 

Qeyd edək ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Salatın Əsgərova sonralar jurnalist kimi fəaliyyət göstərib. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.   Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib.

 

 

LENT

19 İyul 2018

Digər xəbərlər >>>