Sizin link burada

Gürcü qızı "Planetin gözəli" seçildi

Gürcüstanın paytaxtı Tiflisdə baş tutan beynəlxalq gözəllik müsabiqəsi “Miss Planet-2015”in qalibi bəlli olub. 

 

 



Axşam.az “Cosmopolitan”a istinadən xəbər verir ki, münsiflərin qərarı ilə Yerin ən gözəl qızı 18 yaşlı gürcü gözəl Tinatin Babluani seçilib. Bu titul uğrunda Rusiya, İsveç, Ukrayna, Portuqaliya daxil olmaqla, 35 ölkənin iştirakçısı mübarizə aparıb. 

 

 



Qeyd edək ki, “Planetin gözəli” seçilən Tinatin daha əvvəl “Gürcüstanın yeniyetmə gözəli” və “Avropanın vitse-gözəli” titullarını qazanıb. T.Babluani jurnalistlərə açıqlamasında “Uzun müddətdir ki, buna görə çalışıram. Çox məşq etmişəm. Rəqabət çox güclü idi. Qəlbimin dərinliyində qələbəmə inanırdım. Bu gün mən, söz verdiyim kimi, öz ölkəmin adını ucaltdım. Hədsiz xoşbəxtəm” deyib. 

 

 



“Planetin vitse-gözəli” isə İsveçdən olan təmsilçi Frida Fornander olub.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>