Sizin link burada

Putin məşhur amerikalı boksçuya Rusiya vətəndaşlığı verdi

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.  

 

“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir. 

 

Qeyd edək ki, Roy Cons bundan əvvəl  onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.   

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>