Sizin link burada

Azərbaycanlı qazilər Türkiyə hökumətinə müraciət etdi: Döyüşmək arzusundayıq!

Azərbaycanlı qaziləri adından Əlisoy  Əliyev və Abuzər Əbilov Türkiyə hökumətinə müraciət edib. Lent.az-ın ozgursayfa.com-a istinadən məlumatına görə, müraciətdə deyilir: “Əziz qardaşlarımız, canımız, qəlbimizin ən dərin yeri olan Türkiyə!

Bu gün sən haqq savaşına atıldın. Bu gün sən haqqın üçün, millətin üçün, dövlətin və vətənin üçün ölüm-qalım savaşına girdin. Allah sənə bu şərəfi, ucalığı verdi. Qanınız, qanımız, canınız canımızdır. Qaziniz qazimizdir, şəhidiniz bədənimizdən qopan canımızdır.

Bu gün Azərbaycanın bütün qazilərinin qəlbi Türkiyədədir. Düzdür, biz yaşlıyıq. İllərin əzabı bizim belimizi büküb. Lakin bir savaş lazımsa, biz belimizin yükünü silkələyib atar, silah alıb savaşa girərik.

Böyük türk milləti, sizə müraciət edirik. Bizi qatıldığınız savaşa götürün. Türkiyəyə uzanan əlllər Azərbaycan uzanan əllərdir. Bu əlləri kəsmək üçün sizin yanınzda, sizinlə birlikdə olaq. Bu savaşda şəhid olmaq, qanımızı dost və qardaş millət yolunda axıtmağa hazırıq!

Var olsun Türkiyə- Azərbaycan!”.

 

Bundan başqa azərbaycanlı gənc Əmrah Qəribov Türkiyə Silahlı Qüvvətlərinin naziri Hulusi Akara müraciət edərək, onu əsgərə alınmasını xahiş edib, Türkiyə ordusunda PKK-a qarşı döyüşmək arzusunda olduğunu bildirib.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>