Sizin link burada

Bakı-Quba-Rusiya yolunda körpü qəzalı vəziyyətə düşüb

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələçayın üzərindəki körpü qəzalı vəziyyətdədir. Uzunluğu 118, eni isə 8 metr olan körpü 1972-ci ilə istifadəyə verilib.

 

 6 saylı Quba Yol İstismar İdarəsinin (Yİİ) bildiriblər ki, körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənən iri tonnajlı yük avtomobilləridir.


6 saylı Quba Yİİ-nin əməkdaşı Aydın Niftəliyevin APA-ya verdiyi məlumata görə, hazırda yük avtomobillərinin körpünün üzərində hərəkətinə qadağa qoyulub: “Hər iki istiqamətdə yük avtomobilləri üçün alternativ yol çəkilib”.
 

Qeyd edək ki, son illərdə Quba rayonunda 6 yeni yol ötürücüsü istifadəyə verilib ki, bunların da hamısı respublika əhəmiyyətli yolların üzərindədir. Həmin körpülərin yük götürməsi inşa olunarkən nəzərə alındığından onlarda ciddi təhlükə yoxdur. Ümumilikdə Quba 6 saylı Yİİ-nin balansında 25 körpü var. Onlardan 9-u respublika, 16-sı isə yerli əhəmiyyətlidir.

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>