Sizin link burada

Harri Kasparova qarşı rüşvət ittihamı

ABŞ hüquq-mühafizə orqanlarının şahmat dünya çempionu Harri Kasparovu cinayət məsuliyyətinə cəlb etməsi üçün hüquqi əsas yaranıb. APA-nın "R-Sport"a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının Rusiya üzrə nümayəndəsi Berik Balqabayev bildirib.

 

Onun sözlərinə görə, nəzəri cəhətdən Rusiya cinayət araşdırmasına təşəbbüs göstərə bilməz, çünki iş üzrə fakt ilk olaraq “New-York Times”də yer alıb: “Kasparovla amerikalılar məşğul ola bilərlər. Çünki Kasparov ABŞ-da yaşayır və düşünmürəm ki, Rusiya hüquq-mühafizə orqanları təşəbbüs irəli sürsün”.

 

Xatırladaq ki, Dünya Şahmat Federasiyasının (FİDE) saytında verilən məlumata görə, Harri Kasparov və federasiyanın keçmiş baş katibi, sinqapurlu İqnatius Leonq təşkilatın əxlaq kodeksini pozmaqda təqsirli bilinirlər. FİDE tərəfindən aparılan araşdırmanın nəticəsinə əsasən aydın olub ki, federasiya rəhbərliyinə ötən il keçirilən seçkilərdən qabaq bu vəzifəyə yiyələnmək istəyən H. Kasparov və o zamankı baş katib İ. Leonqla razılaşma imzalayıb.

 

H. Kasparov baş katibə ona səs verməsi üçün 500 min dollar ödəyib. Lakin seçkiləri uduzub, təşkilatın prezidenti vəzifəsinə təkrar Kirsan İlyumjinov seçilib.

 

Onlara qarşı ittiham FİDE-nin Əbu-Dabidə keçirilən konqresi zamanı irəli sürülüb. Etika komissiyası yaxın vaxtlarda hər iki şəxsi təşkilatın rəsmi tədbirlərinə qatılmaq hüququndan məhrum edə və onlara pul cəriməsi tətbiq edə bilər.

 

Dünya Şahmat Olimpiadasının 8 qat qalibi, 11 şahmat “Oskar”ının sahibi H. Kasparov 2005-ci ildə şahmat karyerasının başa vurub və siyasi fəaliyyətə başlayıb. O, Rusiyada bir sıra müxalifət hərəkatlarında iştirak edib. 

 

H. Kasparov Bakıda doğulub.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017

Digər xəbərlər >>>