Sizin link burada

Avrokuboklar tarixində görmədiyimiz zəfər

Azərbaycan futbolunda iki yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində indiyədək görünməmiş nailiyyətimiz qeydə alınıb.

 

Belə ki, Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşan “Qəbələ” tarixində ikinci dəfə qitə kuboklarında oynamasına baxmayaraq, qrup mərhələsinə yüksəlib. Ölkə futbolu tarixinə bunu bacaran 3-cü komanda kimi düşən “qırmızı-qaralar” “Neftçi” (2012/13) və “Qarabağ”ın (2014/15 və 2015/16) uğurunu təkrarlayıb.

 

Lakin əvvəlki 3 uğurdan fərqli, bu dəfə Azərbaycan komandası Çempionlar Liqasında uduzduqdan sonra deyil, elə Avropa Liqasında mübarizə apararaq qrupa düşüb. İlk dəfə təmsilçimiz mübarizəyə başladığı yarışın əsas raunduna yüksəlib. Bunu bacaran “Qəbələ” həm də eyni mövsümdə 4 mərhələ adlamağı bacaran yeganə Azərbaycan təmsilçisi olub.

 

Bunadək ən yaxşı halda, “Qarabağ” 3 mərhələ keçmişdi. Azərbaycan futbolunda daha bir görünməmiş nailiyyət isə eyni mövsümdə iki komandamızın qrupa vəsiqə qazanmasıdı. Əvvəlki illərdə “Neftçi” də, “Qarabağ” da bu mərhələdə yeganə təmsilçimiz olmuşdusa, bu dəfə Ağdam təmsilçisi ilə Qəbələnin eyniadlı komandası turnirin ən yaxşı 48 komandası arasındadı.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>