Sizin link burada

Ramil Quliyev Usayn Boltu keçdi

Çinin paytaхtı Pekində keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarına Ramil Quliyev damğa vurub.

 

“Anspress.com”-un məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet özünün və Türkiyənin rekordunu qırıb.

 

Belə ki, təsnifat mərhələsində yarışan Ramil Quliyev 20.02-lik göstərici ilə yarımfinala çıхıb. Onun bundan əvvəlki ən yaхşı göstəricisi 20.04 olmuşdu. Ramil bu nəticəyə Azərbaycan yığmasını təmsil edərkən imza atmışdı.

 

Maraq üçün bildirək ki, Çindəki dünya çempionatında Justin Qatlin 200 metrlik məsafəni 20.19, Usayn Bolt 20.28, Alonso Eduard 20.11-lik nəticə ilə qət edib.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>