PKK dayanmaq bilmir: 2 şəhid, 7 yaralı

Türkiyədə PKK terror aktları törətməyə davam edir. Lent.az-ın DHA-ya istinadən məlumatına görə, PKK-çılar Bitlis şəhərinin Güroymak qəsəbəsində polislərdən qaçan zamanı qəsəbədə yerləşən çayxanaya hücum ediblər. Silahlı hücum nəticəsində çayxanada olan 2 nəfər öldürülüb, 6 nəfər isə yaralanıb.

Polis hadisəni törədən PKK-çıların axtarışı ilə bağlı xüsusi əməliyyat aparır.

PKK-çılar  Diyarbəkir şəhərinin Özəkli qəsəbəsində  yerləşən hərbi hissəyə silahlı hücum edib. Uzun tipli silahlara hücum zamanı bir əsgər ağır yaralanıb. Yaralı Diyarbəkir Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qeyd edək ki, PKK-çılar avqustun 12-də də Özəkli qəsəbəsində yerləşən hissəyə hücum etmişdi. Hücum zamanı baş çavuş Fatih Göksən şəhid olmuş, 3 əsgər isə yaralanmışdı

LENT

23 May 2019

Digər xəbərlər >>>