Şəmkirdə faciə: 2 körpə öldü - YENİLƏNİB

3 və 4 yaşlı uşaqlar ehtiyatsızlığın qurbanı olub

Şəmkir rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Seyfəli kəndində fərdi yaşayış evlərindən birində 4 yaşlı Qafqaz Zeynalov və 3 yaşlı Valeh Qasımov işlək vəziyyətdə olan sərinkeşlə oynayıblar. Bu zaman azyaşlılardan biri elektrik keçiriciliyi olan əşyanı razetkaya soxub və onu cərəyan vurub. Dərhal həmin azyaşlıyan toxunan digər uşağı da cərəyan vurub və onlar hadisə yerində ölüb.

 

Bildirilir ki, dəhşətli hadisə nəticəsində ölən uşaqlar bibioğlu-dayıoğlu olublar. 

 

*****

 

11:54

 

Şəmkirdə faciə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Şəmkir rayonunun Seyfəli kəndində yaşayan azyaşlılar - Qafqaz Zeynalov və Valeh Qasımov evlərində elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Araşdırma aparılır.

LENT

26 Mart 2019
25 Mart 2019

Digər xəbərlər >>>