Sizin link burada

Avropa Azərbaycan Məktəbinin bütün məzunları yüksək balla ali məktəblərə qəbul olub

 

2015-2016-cı tədris ili üçün ali təhsil müəssisəlәrinin bakalavriat səviyyəsinə qəbul üçün 14 və 25 iyul 2015-ci il tarixlərində keçirilmiş imtahanda iştirak edən Avropa Azərbaycan Məktəbinin 9 məzununun hamısı ən yüksək (orta bal 541 olub) göstəricilərlə respublikanın ali məktəblərinə daxil olublar.

 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, məktəbin məzunlarından 3 nəfəri 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan Məmmədova Günay (III qrup, 680 bal) Azərbaycan Diplomatik Akademiyasının dövlət və ictimai münasibətlər fakültəsinə, Zeynallı Murad (II qrup, 677 bal) Azərbaycan Diplomatik Akademiyasının iqtisadiyyat fakültəsinə, Quliyeva Əsmər (III qrup, 667 bal) Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olublar. Sevindirici haldır ki, Avropa Azərbaycan Məktəbinin sözügedən məzunlarından ikisi orta təhsillərini qızıl medalla başa vurublar. Belə ki, ümumtəhsil məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin 7 avqust 2015-ci il tarixli əmrinə əsasən XI sinif məzunları  Məmmədova Günay və Quliyeva Əsmər qızıl medalla təltif olunublar.

 

Qeyd edək ki, bu ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Növbəti tədris ilindən məktəbdə İB Diplom Proqramının tədrisinə başlanacaq.

 

Məlumat üçün bildirək ki, Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. İB diplomunu almış hər bir şəxs xarici universitetlərə qəbul imtahanı vermədən daxil ola bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil vermək hüququ qazanmış məktəblər verə bilərlər.

 

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>