Qonaq ev sahibinin qanını tökdü - BAKIDA

Bakıda bıçqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, A.Abbaszadə küçəsində yaşayan 1990-cı il təvəllüdlü Məmmədov Rusif Təhmasib oğlu daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Polis tərəfindən aparılan ilkin araşdırmalardan sonra məlum olub ki, 25 yaşlı R.Məmmədovu yaşadığı mənzildə tanışı, 1991-ci il təvəllüdlü Soltanlı Səttam Mehman oğlu bıçaqlayıb. S.Soltanlı hadisə baş verən zaman R.Məmmədovgilin evində qonaq imiş.

 

Araşdırmalar davam etdirilir.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>