Sizin link burada

Lukaşenko oğlu ilə 70 kisə kartof yığdı

 

 

Belarus prezidenti Aleksandr Lukaşenko istirahət gününün bir hissəsini “Drozdı” rezidensiyasında məhsul toplamağa sərf edib.

 

Dövlət başçısının mətbuat xidməti bildirib ki, o, bazar günü avqustun 16-da kiçik oğlu Nikolay ilə bərabər işləyib.

 

“18 sotluq sahənin öhdəsindən 1,5 saata gəliblər. Məhsul sevindirici olub – 70 kisə kartof”, - məlumatda deyilir.

 

Oxu.az Lenta.ru-ya istinadən xəbər verir ki, yaxın günlərdə bütün toplanan məhsul uşaq və qocalar evlərinə veriləcək.

 

Prezident rezidensiyasında bostan bitkiləri – qarpız və yemişin də yığımı başlayıb, BELTA agentliyi bildirib. Dərilən ilk qarpızın dadına elə sahədəcə baxılıb.

 

Cari ilin aprelində Lukaşenko həmvətənlərini sağlam həyat tərzinə üstünlük verməyə çağrırarkən, ənənəvi kartof və ət cütlüyündən imtina etməyi tövsiyə edib.

 

“Axı niyə axşam vaxtı ət və kartof yeyirsən? Necə yatacaqsan? Ət ilə yemə balıq ilə ye”, - o tövsiyə edib. Bununla yanaşı o, əlavə edib ki, yalnız yerli istehsal olan ərzaqlarla qidalanmaq lazımdır.

 

Dövlət başçısı bildirib ki, xarici ərzaqlar “bizim orqanizm üçün deyil”. (musavat.com)

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>