Almaniyadan avtomobil gətirmək istəyən qadına "atdılar" - BAKIDA

Bakıda avtomobil almaq istəyən qadın dələduzluqla üzləşib. Lent.az-ın məlumatına görə, Xərai rayon sakini, 1952-ci il təvəllüdlü Abdiyeva Lətifə Süleyman qızı tanışı Elman adlı şəxsə Almaniyadan "Mercedes" markalı avtomobil gətirməsi üçün 10 min manat verib. Lakin həmin şəxs qadının etibarından sui-istifadə edib və pulun verilməsindən bir neçə ay keçməsinə baxmayaraq vədinə əməl etməyib.

 

L.Abdiyevanın müraciəti əsasında araşdırma aparılır.

LENT

26 Aprel 2019

Digər xəbərlər >>>